“Bayer”in türk futbolçusu Hakan Çalhanoğlu karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Çelsi” yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Belə ki, italiyalı baş məşqçi Kontenin xüsusilə istədiyi oyunçu üçün London klubu 38 milyon avro ödəməyə hazırdı. “Zadəganlar” bu keçidi mövsüm başa çatmamış reallaşdırmaq istəyir.
Qeyd edək ki, “Trabzonspor”la yaranmış anlaşmazlığa görə FİFA tərəfindən 4 aylıq futboldan uzaqlaşdırılan Çalhanoğlunun meneceri mövsümün sonunda onun komandadan ayrılacağını demişdi.