Futbol üzrə Topaz Premyer Liqasında XIII turun proqramı açıqlanıb. Lent.az-ın məlumatına görə, qarşıdakı turun 5 oyunundan yalnız 1-i əyalətdə keçiriləcək.
Bu, “Xəzər Lənkəran” - “Qəbələ” matçıdır. Əslində əyalətdə 2 görüş baş tutmalı idi. Lakin “Simurq” - “İnter” oyununun yeri dəyişdirilib. Səbəb “Simurq”un ev oyunlarını keçirdiyi Zaqatala şəhər stadionunda infrastruktur işləri tam yekunlaşmamasıdır. Bununla bağlı klub Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək, “böyük qardaş”ı “İnter”lə oyunun Bakıdakı “Şəfa” stadionunda keçirilməsini istəyib. “Bankirlər”in də razılıq məktubunu nəzərə alan PFL XIII turda iki komanda arasındakı oyunun “Şəfa”da, III dövrədəki matçın isə Zaqatala şəhər stadionunda keçirilməsinə rəsmən razılıq verib.
XIII tur
8 noyabr (cümə)
17:00. “Rəvan” (Bakı) – “Sumqayıt”
Bakı, “Bayıl Arena”
9 noyabr (şənbə)
16:00. AZAL (Bakı) – “Qarabağ” (Ağdam)
Bakı, “AZAL Arena”
17:00. “İnter” (Bakı) – “Simurq” (Zaqatala)
Bakı, “Şəfa” stadionu
10 noyabr (bazar)
17:00. “Xəzər Lənkəran” – “Qəbələ”
Lənkəran şəhər stadionu
17:00. “Neftçi” (Bakı) – “Bakı”
Bakı, “Bakcell Arena”.