Futbol üzrə Topaz Premyer Liqasında XI tura yekun vurulub. Lent.az-ın məlumatına görə, turun mərkəzi görüşü Azərbaycan Superkubokunun sahibi “Xəzər Lənkəran”la lider “Qarabağ” arasında keçirilib.
Lənkəran şəhər stadionundakı qarşılaşmada qonaqlar böyük hesabla qalib gəliblər. Reynaldo Silvanın “dubl” etdiyi və Nikolas Gelaşvilinin son nöqtəni qoyduğu matçda “Xəzər Lənkəran” penaltidən yararlana bilməyib.
“Neftçi” isə yeni baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında ilk matçında xal itirib. “Simurq”la görüşdə çoxsaylı qol imkanını qaçıran flaqman qolsuz heç-heçə ilə barışmalı olub.
Paytaxt derbilərində “İnter” AZAL-a səfərdə qalib gəldiyi halda, “Bakı” “Rəvan”la bacarmayıb – 0:0. “Qəbələ” isə autsayder “Sumqayıt”ı 2 qolla yenib.
Bu nəticədən sonra “Qarabağ” turnir cədvəlində vahid liderə çevrilib.
27 oktyabr (bazar)
“Simurq” (Zaqatala) – “Neftçi” (Bakı) – 0:0
“Xəzər Lənkəran” – “Qarabağ” (Ağdam) – 0:3
Qollar: Reynaldo Silva, 22; 64. Nikolas Gelaşvili, 75
İstifadə olunmamış penalti: Etame Mbilla, 83 (“Xəzər Lənkəran”)
26 oktyabr (şənbə)
AZAL (Bakı) – “İnter” (Bakı) – 0:2
Qollar: Baçana Sxadadze, 68. Asif Məmmədov, 83
25 oktyabr (cümə)
“Qəbələ” – “Sumqayıt” – 2:0
Qollar: Daniel Subotiç, 24. Dodo, 63
“Rəvan” (Bakı) – “Bakı” – 0:0
Turnir cədvəli:
|
komanda |
o |
q |
h |
m |
t |
x |
1 |
Qarabağ |
11 |
7 |
3 |
1 |
20-4 |
24 |
2 |
Neftçi |
11 |
6 |
4 |
1 |
14-7 |
22 |
3 |
Qəbələ |
11 |
7 |
1 |
3 |
17-9 |
22 |
4 |
AZAL |
11 |
4 |
3 |
4 |
11-15 |
15 |
5 |
Bakı |
11 |
4 |
3 |
4 |
18-12 |
15 |
6 |
Simurq |
11 |
3 |
5 |
3 |
9-9 |
14 |
7 |
İnter |
11 |
4 |
1 |
6 |
18-16 |
13 |
8 |
Xəzər L |
11 |
3 |
4 |
4 |
9-13 |
13 |
9 |
Rəvan |
11 |
1 |
4 |
6 |
5-21 |
7 |
10 |
Sumqayıt |
11 |
1 |
2 |
8 |
5-20 |
5 |
Bombardirlər: Mindauqas Kalonas (“Bakı”), Reynaldo Silva (“Qarabağ”) – hərəyə 5 qol.