Topaz Premyer Liqası: “Rəvan” Şahin Diniyevlə ilk xalını qazandı
25 oktyabr 2013 20:00 (UTC +04:00)

Topaz Premyer Liqası: “Rəvan” Şahin Diniyevlə ilk xalını qazandı

Futbol üzrə Topaz Premyer Liqasında XI tura start verilib. Lent.az-ın məlumatına görə, açılış oyununda “Qəbələ” “Sumqayıt”ı qəbul edib.

 

Qəbələ şəhər stadionunda keçirilən oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Hesabı 23-cü dəqiqədə Daniel Subotiç açıb. 63-cü dəqiqədə isə Dodo yekun nəticəni müəyyənləşdirib.

 

Bu qələbə sayəsində “Qəbələ” xallarını 22-yə çatdıraraq, ən azı 2 günlük vahid liderə çevrilib. “Sumqayıt” isə 5 xalla sonuncu pillədə qalıb.

 

Günün digər matçı “Rəvan” və “Bakı” arasında keçirilib. “Bayıl Arena”da baş tutan qarşılaşmada qalib müəyyənləşməyib – 0:0. Bununla da “Rəvan” yeni baş məşqçisi Şahin Diniyevin rəhbərliyi altında ilk xalını alıb. “Bakı” 15 xalla 5-ci, “Rəvan” 7 xalla 9-cu pillədə qalıb. Turun qalan oyunları həftəsonu olacaq:

 

26 oktyabr (şənbə)

17:00.
AZAL (Bakı) – “İnter” (Bakı)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ramiz Məhərrəmov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Əliyar Ağayev

Bakı, “AZAL Arena”

 

27 oktyabr (bazar)

18:00. “Simurq” (Zaqatala) – “Neftçi” (Bakı)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, İnqilab Məmmədov
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Elvin Əsgərov

Bakı, “Şəfa” stadionu

 

19:00. “Xəzər Lənkəran” – “Qarabağ” (Ağdam)
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Knyaz Əmiraslanov, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Ramil Diniyev

Lənkəran şəhər stadionu.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1074
avatar

Oxşar yazılar