Futbol üzrə Topaz Premyer Liqasında VII tura start verilib. Lent.az-ın məlumatına görə, açılış oyununda “Qəbələ” “Rəvan”ı sınağa çəkib.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Hesabı 8-ci dəqiqədə Daniel Subotiç açıb. Bundan 1 dəqiqə sonra Volodimir Levin fərqi artırıb. Oyunda son nöqtəni isə 53-cü dəqiqədə penaltidən Leonardo da Silva qoyub.
Bununla da xallarını 15-ə çatdıran “Qəbələ” liderliyə yüksəlib. Turun qalan oyunları növbəti 3 gün ərzində keçiriləcək:
20 sentyabr (cümə)
17:00. “Qəbələ” – “Rəvan” (Bakı)
Qəbələ şəhər stadionu
21 sentyabr (şənbə)
17:30. “İnter” (Bakı) – “Bakı”
Bakı, “Şəfa” stadionu
19:30. “Qarabağ” (Ağdam) – “Simurq” (Zaqatala)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
22 sentyabr (bazar)
16:00. “Sumqayıt” – “Neftçi” (Bakı)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:00. AZAL (Bakı) – “Xəzər Lənkəran”
Bakı, AZAL Arena.