Futbol üzrə Topaz Premyer Liqasında VI turun görüşləri keçirilib. Lent.az-ın məlumatına görə, turun son oyununda AZAL evdə “Qəbələ”yə uduzaraq, liderlikdən məhrum olub.
Əvəzində “Qarabağ” “Rəvan”la heç-heçə, “Neftçi” isə “İnter” üzərində inamlı qələbə sayəsində şərikli liderə çevriliblər. “Qəbələ” AZAL-la xallarını bərabərləşdirərək, şəxsi oyundakı qələbə sayəsində 3-cü pilləyə qalxıb.
Hesabat turu “Xəzər Lənkəran”ın ilk qələbəsi ilə əlamətdar olub. Lənkəran səfərinədək ardıcıl 3 dəfə böyük hesablı qələbə qazanan “Bakı” “ağ-yaşıllar” qarşısında məğlubiyyətə düçar olub.
Nəhayət, “Simurq” “böyük qardaş”ı “İnter”dən fərqli olaraq, turu qeyri-sabit çıxış edən “Sumqayıt” üzərində qələbə ilə başa vurub.
12 sentyabr (cümə axşamı)
“Neftçi” (Bakı) – “İnter” (Bakı) – 3:1
Qırmızı vərəqələr: Bruno Bertuççi, 83 - Abdulla Abatsiyev, 83
Qollar: Araz Abdullayev, 14. Karlos Kardoso, 21. Melvin Platye, 45+1 - penalti ilə - Vaqif Cavadov, 67
13 sentyabr (cümə)
“Rəvan” (Bakı) – “Qarabağ” (Ağdam) – 1:1
Qollar: Sebastyan Kastro-Tello, 20 - Corc Leroy, 88
14 sentyabr (şənbə)
“Xəzər Lənkəran” – “Bakı” – 2:1
Qollar: Etame Mbilla, 27; 47 - Mindauqas Kalonas, 8
İstifadə olunmamış penalti: Junior Nildo, 31 (“Xəzər Lənkəran”)
15 sentyabr (bazar)
“Simurq” (Zaqatala) – “Sumqayıt” – 3:1
Qollar: Stepan Polyak, 21; 40. Draqan Çeran, 36 - Pərdis Fərcad-Azad, 90+2
AZAL (Bakı) – “Qəbələ” – 1:2
Qollar: Con Oluremi, 3 - Viktor Mendi, 9. Daniel Subotiç, 31
Qırmızı vərəqə: Amit Quluzadə, 50 (“Qəbələ”)
|
komanda |
o |
q |
h |
m |
t |
x |
1 |
Qarabağ |
6 |
4 |
1 |
1 |
11-4 |
13 |
2 |
Neftçi |
6 |
4 |
1 |
1 |
10-5 |
13 |
3 |
Qəbələ |
6 |
4 |
0 |
2 |
10-7 |
12 |
4 |
AZAL |
6 |
4 |
0 |
2 |
7-7 |
12 |
5 |
Simurq |
6 |
3 |
1 |
2 |
7-6 |
10 |
6 |
Bakı |
6 |
3 |
0 |
3 |
13-5 |
9 |
7 |
Xəzər L |
6 |
1 |
3 |
2 |
3-6 |
6 |
8 |
Rəvan |
6 |
1 |
1 |
4 |
3-15 |
4 |
9 |
Sumqayıt |
6 |
1 |
1 |
4 |
5-12 |
4 |
10 |
İnter |
6 |
1 |
0 |
5 |
11-13 |
3 |
Bombardir: Mindauqas Kalonas (“Bakı”) - 4.