Topaz Premyer Liqası: 6 hakimli oyunların sayı artırıldı
26 sentyabr 2013 18:16 (UTC +04:00)

Topaz Premyer Liqası: 6 hakimli oyunların sayı artırıldı

Futbol üzrə Topaz Premyer Liqasında VIII turun oyunlarına hakim təyinatları açıqlanıb. Lent.az-ın məlumatına görə, tura sentyabrın 27-də “Xəzər Lənkəran” – “İnter” matçı ilə start veriləcək.

 

Bu görüşü cəzasını başa vuran gənc referi Orxan Məmmədov idarə edəcək. Onun 5 köməkçisi olacaq. AFFA Hakimlər Komitəsi sentyabrın 28-də baş tutacaq “Neftçi” – “Qarabağ” və sentyabrın 29-da oynanılacaq “Rəvan” – AZAL qarşılaşmalarına da 6 hakim göndərməyi qərara alıb. Yalnız “Bakı” – “Sumqayıt” və “Simurq” – “Qəbələ” matçlarında 4 hakimin xidmətinə ehtiyac duyulub. 

 

27 sentyabr (cümə)

 

19:00. “Xəzər Lənkəran” – “İnter” (Bakı)

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vaqif Musayev, Ramiz Məhərrəmov

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev

Lənkəran şəhər stadionu

 

28 sentyabr (şənbə)

 

16:00. “Bakı” – “Sumqayıt”

Hakimlər: Elvin Əsgərov, Elman Musayev, İsgəndər Əliyev, Tahir Əhmədov

“Bakı” klubunun təlim-məşq bazasının stadionu

 

19:00. “Neftçi” (Bakı) – “Qarabağ” (Ağdam)

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mübariz Haşımov, Ömər Paşayev

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Fariz Yusifov

Bakı, “Bakcell Arena”

 

29 sentyabr (bazar)

 

18:00. “Simurq” (Zaqatala) – “Qəbələ”

Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Elşən Acalov, Ramil Əhmədov

Bakı, “Şəfa” stadionu

 

19:00. “Rəvan” (Bakı) – AZAL (Bakı)

Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Teymur Fərhadov

Əlavə köməkçi hakimlər:  Rəhim Həsənov, Orxan Məmmədov

Bakı, “Bayil Arena”

 

Qeyd edək ki, 6 hakimlik sistem bu mövsümdən tətbiq olunub. Əvvəllər hər turun cəmi 2 oyununda bu qədər hakimə ehtiyac duyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1122
avatar

Oxşar yazılar