TFF-dən Abdullah Avcı ilə bağlı rəsmi açıqlama 
17 avqust 2013 05:11 (UTC +04:00)

TFF-dən Abdullah Avcı ilə bağlı rəsmi açıqlama 

Türkiyə Futbol Federasiyası (TFF) milli komandanın baş məşqçisi Abdullah Avcı ilə bağlı açıqlama verib. Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, TFF 50 yaşlı mütəxəssisin Andorra və Rumıniya oyunlarından sonra yığmadan gedəcəyi ilə bağlı yayılan xəbərləri yalanlayıb. 


Federasiya bu xəbərlərin əsassız olduğunu bildirib: “Türkiyə milli komandasının baş məşqçisi cənab Abdullah Avcı vəzifəsinin başındadır. Avcının Andorra və Rumıniya oyunlarından sonra komandadan ayrılacağı və artıq onun əvəzinə yeni çalışdırıcı axtardığımızla bağlı yayılan xəbərlər əsassızdır”. 

Qeyd edək ki, Abdullah Avcı 2011-ci ildə Türkiyə milli komandasına baş məşqçi təyin olunub. Yığmanın son oyunlarda əldə etdiyi uğursuz nəticələrdən sonra  vəzifəsindən gedəcəyi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789
avatar

Oxşar yazılar