Taekvondoçumuz reytinqdə ikinci yerə yüksəldi
Beynəlxalq Taekvondo Federasiyası oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
APA-nın məlumatına görə, yeni siyahı Azərbaycan taekvondoçuları üçün uğurlu alınıb.
Yaponiyanın Çiba şəhərində keçirilən Qran-pridə qızıl medal qazanan Milad Beiqi Harçeqani 80 kq çəki dərəcəsində ikinci yerə yüksəlib. Aktivindəki xallarını 434,85-ə çatdıran ikiqat dünya çempionu yalnız finalda qalib gəldiyi rusiyalı Maksim Xramtsovdan (520,41 xal) geri qalır.
Çibada bürünc medal qazanan Olimpiya çempionu Radik İsayevin (+80 kq) mövqeyi dəyişməz qalıb. 232,52 xala malik taekvondoçu yenə 8-ci pillədə qərarlaşıb.
Olimpiya çəkiləri üzrə açıqlanan siyahıda Cavad Ağayev (68 kq) və Fəridə Əzizovada (67 kq) da yerini qoruyub. Onlar müvafiq olaraq, 18-ci və 19-cu pilləni tuturlar.
Millinin aparıcı üzvlərindən yalnız Rio-2016-nın bürünc medalçısı Patimat Abakarova (49 kq) geriləyib. Üç rəqibini özündən irəli buraxan idmançı 37-ci yerə enib.
844