Taekvondoçularımızdan 2 gümüş, 1 bürünc medal
16 sentyabr 2013 13:06 (UTC +04:00)

Taekvondoçularımızdan 2 gümüş, 1 bürünc medal

Azərbaycanın taekvondo üzrə milli komandası Çelyabinsk şəhərində keçirilmiş Rusiyanın açıq çempionatında 2 gümüş və 1 bürünc medal qazanıb. Azərbaycan Taekvondo Federasiyasından Lent.az-a verilən məlumata görə, Samir Cavadlı (58 kq) və Ceyhun Həsənli (87 kq) finaladək irəliləməyi bacarıblar.

 

Lakin onlar həlledici görüşdə uduzaraq, gümüş medalla kifayətləniblər. Samir Aydınov (54 kq) isə bürünc medalla kifayətlənib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510
avatar

Oxşar yazılar