Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç Türkiyə çempionatının I Liqasında çıxış etdiyi “Orduspor” klubunun heyətində qol hesabını açıb. Lent.az-ın məlumatına görə, 31 yaşlı hücumçu 4-cü turda səfərdə “Karşıyaka” ilə oyunda qələbə topunu vurub.
Start heyətində meydana çıxan Subaşiç qələbə topunu 22-ci dəqiqədə vurub. Bu qələbə sayəsində “Orduspor” xallarını 7-yə çatdıraraq, 3-cü pilləyə qalxıb. İndi Subaşiçin komandası 4 oyundan 10 xala malik “İstanbul BB”dən 3, 3 oyundan 9 xal yığan “Balıkesirspor”dan 2 xal geridə qalır.
Qeyd edək ki, Türkiyənin I Liqasında 19 komanda mübarizə aparır.