Spaletti Tottini məşqdən qovdu
21 fevral 2016 17:29 (UTC +04:00)

Spaletti Tottini məşqdən qovdu

0

“Roma”nın bugünkü məşqində instident baş verib. Apasport.az saytının “La Gazette dello Sport”a istinadən məlumatına görə, “canavarlar”ın baş məşqçisi Luçano Spaletti komandanın kapitanı Françesko Tottini məşqdən qovub.

 

Buna səbəb 39 yaşlı veteran futbolçunun ötən gün verdiyi müsahibədir. Belə ki, yerli mətbuata danışan ulduz futbolçu komandadakı hazırkı vəziyyətindən narazı olduğunu, ayrılmaq istədiyini və ona daha çox hörmət edilməli olduğunu bildirmişdi. Bu açıqlamalar isə, 56 yaşlı Spalettini qane etməyib.

 

Əşyalarının toplayan və komanda yoldaşları ilə vidalaşan Totti klubun bazasını tərk edib və evinə yollanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 485

Oxşar yazılar