ŞOK! “Fənər”i iki illik söndürdülər
28 avqust 2013 15:19 (UTC +04:00)

ŞOK! “Fənər”i iki illik söndürdülər

Klub Avroliqanın qrup mərhələsindən kənarlaşdırıldı

 

 

İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Fənərbağça” klubunun 2 il müddətinə Avropa kuboklarından kənarlaşdırılması barədə qərarı qüvvədə saxlayıb. Lent.az-ın məlumatına görə, “sarı-lacivərdlilər”in 2013-2014 və 2014-2015-ci il mövsümlərində qitə miqyaslı yarışlardan kənarda qalacağı rəsmiləşib.

 

Bu mövsüm klub Çempionlar Liqasının “pley-off” mərhələsində İngiltərə “Arsenal”ına uduzub – 0:3, 0:2.  Bu məğlubiyyətlərdən sonra “Fənər” mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirməli idi. Lakin CAS-ın qərarından sonra komanda bundan da məhrum olub. Üstəlik, “sarı-lacivərdlilər” növbəti mövsümdən də kənarda qalıblar.

 

Qeyd edək ki, “Fənərbağça” 2010-2011-ci il mövsümündə danışılmış oyunlarda iştirak iddiaları ilə UEFA İntizam Komitəsinə cəlb edilib. Bu komitə klubu 2+1 il müddətinə cəzalandırıb. Apellyasiya Komitəsi isə cəzanı 2 ilə endirib. CAS Türkiyənin digər klubu “Beşiktaş”la bağlı qərarı isə növbəti həftənin cümə günü açıqlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Oxşar yazılar