Futbol üzrə Küveyt çempionatında “Əl-Nəsr” və “Əl-Ərəbi” komandaları arasında keçirilmiş matçda kuryoz insident baş verib. Lent. az-ın məlumatına görə, oyunun baş hakimi meydan sahiblərinin qapısına penalti təyin etdikdən sonra “Əl-Nəsr” futbolçuları ona sərt etiraz bildiriblər.
Referi isə onlardan birini vurub və meydanın kənarında duran şeyxə qırmızı vərəqə göstərib. Qonaqlar penaltini dəqiq yerinə yetiriblər. Bundan sonra meydan sahibləri oyuna mərkəzdən başlamaq istədikləri vaxt “günün qəhrəmanı” onu topla vuran futbolçulardan birinə də qırmızı vərəqə göstərib.