Türkiyənin “Fənərbağça” klubunun transferə çıxardığı futbolçu Semih Şentürk “Bursaspor”a keçib. Lent.az-ın məlumatına görə, Semih “timsahlar”ın yeni baş məşqçisi Kristof Daumun istəyi ilə alınıb.
“Fənər” rəhbərliyi tanınmış hücumçuya 2 milyon avro qiymət qoysa da, Daum klub prezidenti Aziz Yıldırımı 1,5 milyon avroya razı sala bilib. 30 yaşlı forvardla rəsmi müqavilə avqustun 26-da bağlanılacaq.
Qeyd edək ki, Semih Şentürk 2001-ci ildə “Fənərbağça”nın əsas komandasına cəlb olunub. O, “sarı-lacivərdlilər”in heyətində 205 oyuna 56 qol vurub.