Səlcuq İnan Messini qabaqladı
28 dekabr 2015 22:13 (UTC +04:00)

Səlcuq İnan Messini qabaqladı

0

“Qalatasaray”ın və Türkiyə millisinin yarımmüdafiəçisi Səlcuq İnanın qolu Avropanın ən yaxşısı seçilib. Apasport.az saytının məlumatına görə, UEFA rəsmi tvitter hesabından keçirdiyi sorğuda izləyicilərindən 2015-ci ildə klub və ya milli komandalarda vurulmuş ən yaxşı qolu seçmələrini istəyib.

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Türkiyə - İslandiya oyununda Səlcuq İnanın cərimə zərbəsindən vurduğu qol 69 % səslə ən yaxşı olub. İkinci yeri isə Lionel Messinin qolu tutub – 19 %.

 

Qeyd edək ki, səsvermədə 159106 futbolsevər iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar