Norveçin Tromse şəhərində keçirilən şahmat üzrə Dünya Kubokunda 1/16 final mərhələsinin oyunları başa çatıb. Lent.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən növbəti mərhələyə yalnız Şəhriyar Məmmədyarov yüksələ bilib.
O, çinli İ Veyə “tay-breyk”də qalib gələrək, mərhələ adlayıb. Məmmədyarov 1/8 finalda ABŞ şahmatçısı Qata Kamski ilə üz-üzə gələcək.
Əvəzində digər qrossmeysterimiz Teymur Rəcəbov rusiyalı Peter Svidlerə məğlub olaraq Dunya Kubokunda mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, Dünya Kuboku sentyabrın 3-də başa çatacaq.