Şəhriyar Məmmədyarov qalib oldu!
16 iyul 2013 12:42 (UTC +04:00)

Şəhriyar Məmmədyarov qalib oldu!

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Çinin paytaxtı Pekində keçirilən FİDE Qran-prisinin qalibi olub. Lent.az-ın məlumatına görə, 28 yaşlı təmsilçimiz 12 zəka sahibinin mübarizə apardığı turnirin sonuncu turunda israilli Boris Gelfandla heç-heçəyə nail olub.

 

Ağ fiqurlarla oynayan Məmmədyarov 29-cu gedişdən sonra Gelfandla heç-heçəyə razılaşıb. Sülh razılaşmasında paralel keçirilən rusiyalı Aleksandr Qrişukun macarıstanlı Peter Lekonu yenə bilməməsi də rol oynayıb. Bu nəticələrdən sonra şahmatçımız 11 oyundan 7 xalla qalib adını qazanıb. 2-ci yeri isə 6,5 xal yığan Qrişuk tutub.

# 1180
avatar

Oxşar yazılar