Şarapova məşqçisini qovdu
16 avqust 2013 18:38 (UTC +04:00)

Şarapova məşqçisini qovdu

Rusiyalı tennisçi Mariya Şarapova şəxsi məşqçisi Cimmi Konnorsla yollarını ayırıb. Lent.az-ın “ESPN”ə istinadən verdiyi məlumata görə, Şarapova amerikalı mütəxəssisin rəhbərliyi altında cəmi 1 oyun keçirdikdən sonra belə qərar verib.

 

Dünyanın 3-cü ən güclü qadın tennisçisi avqustun 14-də Tsintsinnatidə keçirilən turnirin II dövrəsində ABŞ təmsilçisi Sloan Stivensə uduzub. Onun avqustun 26-da Nyu-Yorkda start götürəcək ABŞ-ın açıq çempionatınadək yeni məşqçi tapa biləcəyi məlum deyil.

Qeyd edək ki, Cimmi Konnors Mariya Şarapova ilə əməkdaşlığa iyulda başlayıb. Konnors bu vəzifədə Tomas Hoqstedti əvəzləyib. Şarapova “Böyük dəbilqə” seriyalı turnirlərin 8 qat qalibidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563
avatar

Oxşar yazılar