Şahmatçımız blits üzrə Avropa çempionu oldu
19 dekabr 2015 00:42 (UTC +04:00)

Şahmatçımız blits üzrə Avropa çempionu oldu

Azərbaycan qrossmeysteri Rauf Məmmədov blits üzrə Avropa çempionu olub.

 

Lent.az-ın  “azərtac”-a istinadən verdiyi məlumata görə, dekabrın 18-də Minskdə başlayan blits üzrə Avropa çempionatında 600-dən artıq iştirakçı birincilik uğrunda mübarizə aparıb.

 

22 mümkün xaldan 18 xal toplayan azərbaycanlı şahmatçı Rauf Məmmədov Avropa çempionu tituluna layiq görülüb. İkinci və üçüncü yerləri rusiyalı şahmatçılar Boris Savçenko və Aleksandr Ryazantsev tutublar.

 

Dekabrın 19-da çempionat rapid üzrə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 341
avatar

Oxşar yazılar