Türkiyənin Kocaeli şəhərində 20 yaşadək şahmatçılar arasında dünya çempionatı start götürüb. Lent.az-ın məlumatına görə, çempionatda 40-dan çox ölkənin 194 şahmatçısı mübarizə aparır.
Azərbaycanı ölkə çempionları Murad Nuri və Səbinə İbrahimova təmsil edir. Hər iki şahmatçı ilk turu qələbə ilə başa vurub. Sentyabrın 14-də çinli Bai Jinşi - Murad Nuri, Səbinə İbrahimova - Vanq Yue görüşləri olacaq.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 13 turdan ibarətdir.