Rusiyalı azarkeşlərin irqçiliyi OMİK başında çatladı
30 oktyabr 2013 21:20 (UTC +04:00)

Rusiyalı azarkeşlərin irqçiliyi OMİK başında çatladı

UEFA-nın Nizam-İntizam Komitəsi Rusiyanın OMİK futbol klubunu cəzalandırıb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qərar əsasən,  «Arena Ximki» stadionu klubun Avropa Çempionlar Liqasında keçirəcəyi oyunlar üçün müəyyən fasilələrlə qapadılıb.

 

«D»tribunası noyabrın 27-də Almaniyanın «Bavariya» kulubu üçün oyun zamanı bağlanacaq.

 

Bu qərarın qəbul edilməsinə səbəb OMİK- «Mançester Siti» oyunun zamanı Rusiya futbol azarkeşlərinin irqçi şüarlar söyləməsi olub.

 

Oyundan sonra İngiltərə klubunun Kot d-İvuardan olan futbolçusu Yaya Ture bildirib ki, rusiyalı futbol tamaşaçılarının davranışından məyus olub.

 

«Mançester Siti» futbol klubunun rəhbərliyi məsələ ilə bağlı UEFA-ya rəsmi şikayət edib. Baş vermiş olay FİFA-nı da maraqlandırıb.

 

OMİK-in rəhbərliyi isə bunları təkzib edib.

 

Xatırladaq ki, həmin oyun 1:2 hesabı ilə ingilislərin xeyirinə başa çatıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230
avatar

Oxşar yazılar