Rusiya yığması millimizə qol vuran futbolçusunu itirdi
17 sentyabr 2013 11:56 (UTC +04:00)

Rusiya yığması millimizə qol vuran futbolçusunu itirdi

Rusiya milli komandasının və “Zenit” klubunun futbolçusu Roman Şirokov 3 həftəyədək sıradan çıxıb. Lent.az-ı “R-Sport”a istinadən verdiyi məlumata görə, 32 yaşlı yarımmüdafiəçi “Terek”lə ölkə çempionatı matçının ilk yarısında qasıq nahiyəsindən xəsarət alıb.

 

Nəticədə Şirokov əvəzlənməli olub. Tibbi müayinədən sonra onun Çempionlar Liqasında İspaniya “Atletiko”su və Avstriya “Austriya”sı, Premyer Liqada isə “Rostov”, “Krılya Sovetov”, “Spartak” və “Tom”la görüşlərdə “Zenit”ə kömək edə bilməyəcəyi müəyyənləşib. Təcrübəli oyunçunun oktyabrın 11-də Lüksemburq, bundan 4 gün sonra isə Bakıda Azərbaycan millisi ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçlarında iştirak edib-etməyəcəyi məlum deyil.

 

Qeyd edək ki, Roman Şirokov Rusiya yığmasının ötən il oktyabrın 16-da Moskvada Azərbaycan millisi ilə keçirdiyi ilk görüşdə qələbə topunun müəllifi olub. O, 84-cü dəqiqədə komandamızın qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirib – 1:0.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127
avatar

Oxşar yazılar