Rusiya millimizlə oyun öncəsi legionerini itirdi
28 sentyabr 2013 17:47 (UTC +04:00)

Rusiya millimizlə oyun öncəsi legionerini itirdi

“Rayo Valyekano” ilə görüşün 16-cı dəqiqəsində zədələndiyi üçün meydandan çıxarılan “Sevilya”nın hücumçusu Denis Çerışevin taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçuya klubun həkimləri diaqnoz qoyub.

İspaniyanın məşhur “As” qəzetinin iddiasına görə, gənc oyunçunun sol baldırındakı əzələdə yırtıq aşkarlanıb. Onun minimum 4, maksimum isə 6 həftə oynaya bilməyəcəyi qeyd olunur. Bu isə o deməkdir ki, Çerışev Rusiya yığmasının Bakıya gətiriləcək heyətində yer almayacaq.

Qeyd edək ki, “Volqa”da Vaqif Cavadovun baş məşqçisi olmuş Dmitri Çerışevın oğlu olan Denis Rusiya millisinin açıqlanmış 36 nəfərlik geniş heyətində yeganə legioner futbolçu idi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709
avatar

Oxşar yazılar