Rusiya millisinin sabiq baş məşqçisi Fabio Kapello futbolçuları ilə vidalşmaq üçün Moskvanın məşhur restoranlarının birində ziyafət təşkil edib.
Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis milli komandanın futbolçuları və inzibati heyəti daxil olmaqla 50 nəfərə dəvət göndərib.
Lakin onun məclisinə cəmi dörd futbolçu gəlib. Yalnız Aleksandr Səmədov, Vasili Berezutski, Aleksandr Kokorin və Aleksandr Kerjakov Kapello ilə vidalaşmağı lazım bilib.
Xatırladaq ki, 2012-ci ildən Rusiya millisini çalışdıran Kapellonun müqaviləsi bu həftə qarşılıqlı şəkildə ləğv edilib.
Rus futbolçular Kapellonu saymadı
237