Runi Foqtsun təklifini rədd edib
10 oktyabr 2013 15:41 (UTC +04:00)

Runi Foqtsun təklifini rədd edib

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts hazırda İngiltərə yığmasının şərəfini qoruyan “Mançester Yunayted”in futbolçusu Ueyn Runi ilə bağlı maraqlı fakt açıqlayıb. Lent.az-ın məlumatına görə, almaniyalı mütəxəssis Şotlandiya yığmasına rəhbərlik etdiyi vaxt Runiyə dəvət göndərdiyini bildirib.

 

Foqts deyib: “Ueynin nənəsi əslən Şotlandiyadandır. Həmin vaxt bu futbolçu İngiltərə “Everton”unda Devid Moyesin rəhbərliyi altında çıxış edirdi. Qlazqodan Liverpula uçdum ki, onunla danışım. O vaxtlar 16 yaşında olan Runiyə Şotlandiya yığmasına gəlməyi təklif etdim. Lakin ingiltərəli olduğunu deyərək, təklifimi qəbul etmədi”.

 

Qeyd edək ki, Berti Foqts Şotlandiya millisində 2002 – 2004-cü illərdə baş məşqçi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1112
avatar

Oxşar yazılar