“Mançester Yunayted”in müdafiəçisi Markos Roxo klubunu dəyişməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu “Vulverhempton”a keçməyə çox yaxındı.
Qarşı tərəfdən 28 milyon avroluq təklif alan “mankunianlar”da baş məşqçi Joze Mourinyo argentinalının satılmasını istəyib. Portuqaliyalı mütəxissis bununla “Lester”in mərkəz müdafiəçisi Qarri Maquayr üçün yer açmaq istəyir. “Qırmızı şeytanlar” Maquayrın transferini 67,5 milyon avroya həll etmək niyyətindədi.
Qeyd edək ki, ötən mövsüm cəmi 12 matçda iştirak edən Markos Roxo martda müqavilə müddətini 2021-ci ilə qədər uzatmışdı.