Rövnəq Abdullayevə rəqib tapılmadı
26 fevral 2016 14:32 (UTC +04:00)

Rövnəq Abdullayevə rəqib tapılmadı

0

AFFA-nın prezidenti Rövnəq Abdullayev 3-cü dəfə bu posta seçiləcək. Apasport.az saytının məlumatına görə, martın 11-də keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında baş tutacaq prezident seçkilərində Abdullayev yeganə namizəd olacaq.

 

Belə ki, bu vəzifəyə namizədliyin verilməsi üçün müddət başa çatsa da, hazırkı prezidentdən başqa heç bir iddiaçı qeydə alınmayıb. Bu isə o deməkdi ki, 2008 və 2012-ci illərdə assosiasiyaya rəhbər seçilən Abdullayev bu dəfə rəqibsiz qalıb. Prezident postuna alternativ variant olmadığından onun vəzifəsində qalacağı seçilər baş tutmamış dəqiqləşib.

 

Qeyd edək ki, Abdullayev AFFA-nın sayca 3-cü prezidentidi. Onadək bu postu Fuad Musayev (1992-2003) və Ramiz Mirzəyev (2004-2007) tutublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 491

Oxşar yazılar