Rövnəq Abdullayev mükafatlandırıldı
11 oktyabr 2015 10:32 (UTC +04:00)

Rövnəq Abdullayev mükafatlandırıldı

Avro-2016-nın seçmə mərhələsində Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan - İtaliya oyunu millimizin kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, o, millinin heyətində 100-cü oyununu keçirib.

 

Bunanla əlaqədar, oyundan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayev və UEFA-nın baş katibinin müavini Teodor Teodoridis Rəşad Sadıqova, müvafiq olaraq, AFFA-nın və UEFA-nın hədiyyəsini təqdim ediblər.

 

Bundan əlavə, Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının ilk oyununun keçirilməsi ilə əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayevə Teodor Teodoridis tərəfindən UEFA-nın hədiyyəsi olaraq 5 nömrəli futbolka təqdim olunub. Futbolkanın nömrəsi UEFA-nın üzvü olan ölkələrin siyahısında Azərbaycanın əlifba sırasında 5-ci yerdə olması ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406
avatar

Oxşar yazılar