Rövnəq Abdullayev “Araz”dan danışdı
10 iyul 2013 14:52 (UTC +04:00)

Rövnəq Abdullayev “Araz”dan danışdı

“Naxçıvanın “Araz” klubu I liqada iştirak etmək üçün AFFA-ya müraciət edib. Biz buna çox sevindik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA prezidenti Rövnəq Abdullayev bu gün jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

Azərbaycan çempionatının I divizionda çıxış edən komandaların maliyyə imkanlarının o qədər də böyük olmadığını deyən Abdullayev indi variantlar haqda fikirləşdiklərini bildirib: “Çünki komandanın bir yerə gedib-gəlməyi çətindir. Ona görə artıq baş katib Elxan Məmmədova göstəriş vermişəm ki, UEFA ilə də danışıqlara başlasın. Bu, Naxçıvanda regional yarışların keçirilməsi üçündür. Naxçıvanın 6 rayonunda bir neçə komandanın iştirakı ilə region liqası keçirilməsinə çalışırıq. Həmin liqanın qalibi ilə I liqa təmsilçisinin görüşündən sonra güclülər dəstəsinə komandalardan biri çıxsın. Biz şərait yaradacağıq ki, “Araz” oynasın və Naxçıvanda futbol inkişaf etsin”.

Qeyd edək ki, “Araz” baş məşqçi postuna millimizin sabiq çalışdırıcısı Əsgər Abdullayevi dəvət edib.

# 1384
avatar

Oxşar yazılar