Ronaldodan yeni rekord
18 fevral 2016 05:18 (UTC +04:00)

Ronaldodan yeni rekord

0

"Real"ın hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb.

 

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu buna 1/8 finalın "Roma" ilə ilk oyununda nail olub.

 

Madrid təmsilçisinin ulduz futbolçusu Romada baş tutan görüşün 57-ci dəqiqəsində hesabı açıb. Bu, Ronaldonun Çempionlar Liqasının pley-off mərhələlərindəki 40-cı qolu olub. 31 yaşlı futbolçu bu göstərici ilə qitənin ən mötəbər turnirinin pley-off mərhələlərində ən çox qol vuran oyunçu adını qazanıb.

 

Qeyd edək ki, "Roma" - "Real" oyunu qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar