İspaniyanın “Barselona” klubunun və Argentina milli komandasının futbolçusu Lionel Messi autizmin yüngül forması sayılan asperger sindromuna tutulub. Lent.az-ın məlumatına görə, bu barədə Braziliya yığmasının sabiq hücumçusu Romario “Twitter” şəbəkəsindəki mikrobloqunda yazıb.
“Siz Messidə asperger sindromunun olduğunu bilirsiniz? Bu, autizmin yüngül formasıdır və ona futbola tam konsentrasiya olmaqda kömək edir” deyə iddia edən Romario sözlərinə sübut kimi Braziliyanın “Exame.com” saytına istinad edib.
Qeyd edək ki, Asperger sindromu - sosial münasibətlərdə ciddi çətinliklər, habelə maraq və məşğulluğun məhdud, stereotip repertuarı ilə xarakterizə olunduğu inkişaf pozuntusudur. O, autizmdən ilk növbədə söz və idrak xüsusiyyətlərinin saxlanılması ilə fərqlənir.