Raul vida matçı keçirdi
23 avqust 2013 12:44 (UTC +04:00)

Raul vida matçı keçirdi

İspaniya milli komandasının sabiq futbolçusu Raul Qonsales “Real Madrid”in heyətində vida matçı keçirib. Lent.az-ın məlumatına görə, Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçirilmiş qarşılaşmada Raulun 16 il çıxış etdiyi “kral klubu” ilə onun hazırkı komandası “Əl-Sədd” (Qətər) üz-üzə gəlib.

 

Səbəbkar hər iki komandada bircə hissədə oynayıb. O, 26 və 36-cı dəqiqələrdə “Real Madrid”i hesabda önə çıxarıb. İkinci yarıda isə madridlilər daha 4 qol vurub. İsko 59-cu, Kərim Benzema penalti ilə 79-cu, Xese Rodriges isə 82 və 88-ci dəqiqələrdə fərqlənib. Raul 7 nömrəli forma ilə oynayıb. Ona Kriştianu Ronaldu bu formanı verib.

 

Qeyd edək ki, Raul Qonsales 1994 – 2010-cu illərdə “Real Madrid”də çıxış edib. O, 6 dəfə İspaniya çempionluğu, 4 dəfə ölkə Superkubokunu və 3 dəfə Çempionlar Liqasını qazanıb. Raul 2010-cu ildə keçdiyi Almaniya “Şalke”si ilə Almaniya Kuboku və Superkubokuna da yiyələndikdən 2 il sonra “Əl-Sədd”ə keçib. Ulduz forvard İspaniya millisində 102 matçda 44 qol vurub. O, 1998, 2002 və 2006-cı il dünya, habelə 2000 və 2004-cü il Avropa çempionatlarında iştirak etsə də, heç bir titula yiyələnə bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1222
avatar

Oxşar yazılar