Rahid Əmirquliyev rəsmən "Qarabağ"da!
21 dekabr 2015 19:05 (UTC +04:00)

Rahid Əmirquliyev rəsmən "Qarabağ"da!

Azərbaycan millisinin futbolçusu Rahid Əmirquliyevin yeni komandasının adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”dan ayrılan 26 yaşlı yarımmüdafiəçi karyerasını “Qarabağ”da davam etdirəcək.

 

Xorvatiya çempionatının yüksək liqasında mübarizə aparan “Riyeka”nın da heyətində görmək istədiyi Əmirquliyev Ağdam təmsilçisi ilə danışıqları müsbət yekunlaşdırıb. O, “Qarabağ”la 2,5 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, 2006-cı ildən “Xəzər Lənkəran”da çıxış edən yarımmüdafiəçi “ağ-yaşıllar”a Qusar “Şahdağ”ından transfer edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar