Qurban Qurbanova daha bir bəd xəbər
06 avqust 2013 13:11 (UTC +04:00)

Qurban Qurbanova daha bir bəd xəbər

Futbol üzrə Avropa Liqasında İsveç “Gefle”si ilə III təsnifat mərhələsinin cavab görüşü öncəsi Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov cəzalanıb. Lent.az-ın məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

 

Qurbanov “İnter”lə Topaz Premyer Liqasının ilk tur qarşılaşmasının 90-cı dəqiqəsində texniki zona qaydalarını pozub. “Qarabağ”ın futbolçusu Riçard Almeydaya qarşı rəqib müdafiəçi Brüs Abdulayenin sərt oyununa etiraz edən gənc mütəxəssisi baş hakim Rəhim Həsənov tribunaya göndərib. İntizam Komitəsi Qurbanovu 1 oyunluq diskvalifikasiyaya, klubunu isə 1000 manat cəriməyə məruz qoyub. Bu isə o deməkdir ki, baş məşqçi avqustun 11-də “Sumqayıt”la II tur matçında “Qarabağ”a göstərişlərini texniki zonadan verə bilməyəcək.

 

“Neftçi” və “Xəzər Lənkəran” isə azarkeşləri ucbatından hərəyə 1000 manat ziyana düşüb. Flaqman fanatları AZAL-la matçın 13 və 36-cı dəqiqələrində, cənublu tərəfdarlar isə “Sumqayıt”la qarşılaşmanın 64-cü dəqiqəsində pirotexniki vasitələrdən yararlanıblar.

 

Qeyd edək ki, Brüs Abdulaye ilə toqquşma nəticəsində Riçard Almeydanın beyni silkələnib. O, “Gefle” ilə avqustun 8-də keçiriləcək cavab görüşünü buraxmalı olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2111
avatar

Oxşar yazılar