Qurban Qurbanov: “Oyundan razı qaldım”
19 iyul 2013 01:02 (UTC +04:00)

Qurban Qurbanov: “Oyundan razı qaldım”

“Oyundan razı qaldım. Hər bir futbolçu sona kimi meydanda mübarizə apardı. Ən bəstəboy futbolçularımız da hava mübarizələrində uduzmadı. Çalışdıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında deyib.


O, Avropa Liqasının II təsnifat mərhələsinin Polşanın “Pyast” klubuna Bakıda 2:1 hesabı ilə qalib gəldikləri matçda maraqlı oyuna şahid olmaq istədiklərini bildirib: “Minimal hesablı da olsa qələbə qazanmağa çalışdıq. Şükürlər olsun ki, buna nail olduq. Rəqib gözlədiyimiz kimi oynadı. Qol buraxmaq planlarımızda yox idi. Ancaq rəqib əlinə düşən şansdan istifadə etdi. Futbolçular hər biri xarakter göstərdi. Sürətli oyun oldu. Çalışmalıyıq ki, futbolçular bu oyundan sonra tam dincəlsinlər”.

Qurbanov 1 həftə sonra Polşadakı cavab oyununa ciddi hazırlaşacaqlarını söyləyib: “Rəqibin səfərdə vurduğu qol onun üstünlüyüdür. Ancaq biz də orda qol vurmağa çalışacağıq. “Pyast” evdə həddindən artıq aqressiv oynayır. Bir şeyi deyirəm ki, orda burdan da aqressiv oynayaq. Biz tək komandaya yox, onların azarkeşlərinə qarşı oynayacağıq. Düzgün oyun qurmağa, sərfəli nəticə ilə dönməyə çalışacağıq”.

Baş məşqçi hakimlik haqda çox danışmaq istəmədi: “Həqiqətən sərt şəkildə etiraz etdim. Hakimin səhvi oldu, Reynaldonun epizodu gözümüz qabağında oldu. Orda topa oynamışdı, sarı vərəqə yox idi. Hakimliyi qoyaq kənara, gəlin, başqa şeydən danışaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1201
avatar

Oxşar yazılar