Qriqorçuk Pedronu tərifləyib, Almeydadan “şikayətləndi”
15 iyul 2018 18:09 (UTC +04:00)

Qriqorçuk Pedronu tərifləyib, Almeydadan “şikayətləndi”

“Astana”nın baş məşqçisi Roman Qriqorçuk yeni transferləri Riçard Almeyda və Pedro Enrike haqqında fikirlərini bölüşüb. Apasport.az saytının Qazaxıstan mətbuatına istinadən məlumatına görə, ukraynalı çalışdırıcı hər iki oyunçunu Azərbaycandakı çıxışlarından tanıdığını və bacarıqlarına bələd olduğunu deyib.

Qriqorçuk Almeydanın Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda meydana çıxmamasının səbəbini də açıqlayıb: “Hələ debüt etməyən yeni futbolçuların hər birinə individiual yanaşmaq lazımdı. Çünki onların hərəsi müxtəlif müddət məşq buraxıblar. Almeyda obyektiv səbəbdən demək olar 50 gün məşq etməyib və buna uyğun olaraq formasını yığmaq üçün daha çox vaxt lazım olacaq. Biz hər futbolçuya fərdi yanaşacağıq, sınaqdan keçirəcəyik və məşqlərdə vəziyyətinə baxacağıq”.

Pedronu isə yüksək qiymətləndirən ukraynalı “Qarabağ”dan tanıdığı yarımmüdafiəçinin yaxşı məktəb keçdiyini qabardıb: “Enrike “Qarabağ”da vacib rol oynayırdı. Əla tanıyıram. Çox ciddi Avropa futbol məktəbi keçib, Fransa, İsveçrə, Yunanıstanda, eləcə də Çempionlar Liqasında gözəl oyunlar göstərib. Onun hazırda bizimlə olması çox ciddi uğurdu. Cəmi 28 yaşı var və gücünün ən yaxşı dövründədi”.

Qeyd edək ki, Qriqorçuk ötən mövsüm “Qəbələ”nin baş məşqçisi, Pedro və Almeyda isə “Qarabağ”ın oyunçuları olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392
avatar

ApaSport TV

Oxşar yazılar