Qızıl medalçı Rafael Ağayev: “Nə qədər bacarıramsa, dövlət himnimizi səsləndirəcəyəm”
13 iyun 2015 23:38 (UTC +04:00)

Qızıl medalçı Rafael Ağayev: “Nə qədər bacarıramsa, dövlət himnimizi səsləndirəcəyəm”

"Bu, təkcə mənim yox, prezidentimizin, xalqımızın, ailəmin, dostlarımın, hər birimizin qələbəsidir". I Avropa Oyunlarını qızıl medalla başa vurmuş Azərbaycan karateçisi Rafael Ağayev qələbəsi haqqında danışarkən belə deyib. “Bakı-2015”də 75 kiloqram çəki dərəcəsində mübarizə aparan karate yığmamızın lideri birinci yeri tutması ilə bağlı hisslərini bölüşüb: “Yarımfinala qədər öz çıxışımdan narazı qaldım, özümü kökləyə bilmədim. Türkiyə idmançısı ilə çox çətinlik çəkdim. Artıq günün ikinci yarısında fərq oldu. Mənim rəqiblərim dünyada ən güclülər idi. İtalyanlı ilə 9-cu dəfə qarşılaşmışam. 7-də qalib, ikisində məğlub olmuşam”.

 

Rafael Ağayevin oyunu zaman diqqət çəkən məqamlardan biri də azarkeşlərin onu alqışlamasına etiraz etməsi oldu. Çempionumuz bu məsələyə də aydınlıq gətirib: “Elə bir məqam olur ki, insan fikrini cəmləyir. Yerdən Rafael deyəndə fikrim yayınır. Rəqiblərim çox güclü olmasına baxmayaraq qalib gəldim. 6 aydır məşq edirdik. Hər gün iki dəfə məşq edirdik”. Rafael Ağayev bu qələbəsini qoruyacağını da söz verib: “İnanıram ki, bu, daimi olacaq. Ən böyük şərəf odur ki, qızıl medalı qazanmaq, həm də onu qorumaqdır. Nə qədər bacarıramsa, Azərbaycanın dövlət himnini səsləndirəcəyəm. 2014-cü il mənim üçün uğursuz oldu. Fevral ayında zədə aldım. İki dəfə əməliyyat olundum. Döşəkdən uzaq oldum. Bu gün dünyanın ən xoşbəxtiyəm. Bu qələbəmi Azərbaycan xalqına və anama həsr edirəm”.

 

75 kiloqram çəki dərəcəsində mübarizə aparan yığmamızın lideri Rafael Ağayev final görüşündə italyan Luici Bucanı minimal hesabla məğlub edərək qızıl medal qazanıb. Yarışlar başa çatdıqdan sonra qaliblərin təltif olunması mərasimi keçirilib. Rafael Ağayevə qazandığı qızıl medalı Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar

Bu gün 17 yaşı  tamam olur:  “Anasına nə deyib?”

Bu gün 17 yaşı tamam olur: “Anasına nə deyib?”

13 iyul 2024 , 15:42
İdman REKORDU:  Bu futbol məşqçisi 53 il eyni komandanı  çalışdırıb

İdman REKORDU: Bu futbol məşqçisi 53 il eyni komandanı çalışdırıb

13 iyul 2024 , 10:13
PSJ onun üçün 200 milyon  ödəməyə hazırdır

PSJ onun üçün 200 milyon ödəməyə hazırdır

12 iyul 2024 , 19:48
Kepa "Real"a  qayıdacaq,   Lunin gedərsə...

Kepa "Real"a qayıdacaq, Lunin gedərsə...

12 iyul 2024 , 18:46
Futbol klubu almaq  istəyir

Futbol klubu almaq istəyir

12 iyul 2024 , 16:28
FHN-in qurumları arasında çempionata yekun vurulub

FHN-in qurumları arasında çempionata yekun vurulub

12 iyul 2024 , 14:51
Sautqeytlə bağlı qərar verildi

Sautqeytlə bağlı qərar verildi

12 iyul 2024 , 13:00
Klopp bu təklifi rədd etdi

Klopp bu təklifi rədd etdi

12 iyul 2024 , 09:58