Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.
APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 12-də kişilər arasında tüfəngdən 50 metr məsafəyə atəş açma yarışları keçirilib.
Yarışın final mərhələsində ABŞ, Rusiya, Çexiya, Böyük Britaniya və Danimarkadan 8 idmançı iştirak edib. Rusiya idmançısı Kiril Qriqoryan 209.3 xalla birinci, ABŞ atıcısı Mathev Emmons 208.4 xalla ikinci, Çexiya idmançısı Tomas Jerabek 186.6 xalla üçüncü yeri tutub.
Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, 5 gündür keçirilən atıcılıq yarışlarında indiyədək 16 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.