Qadın voleybolçularımız İspaniya komandasını məğlub etdi
05 iyun 2016 21:22 (UTC +04:00)

Qadın voleybolçularımız İspaniya komandasını məğlub etdi

0

Bu gün qadın voleybolçulardan ibarət yığmamız Avropa Liqasında növbəti oyununu keçirib.

 

Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan Azərbaycan millisi üçüncü matçında İspaniya ilə qarşılaşıb.

 

Keçirdiyi ilk iki oyunda Fransa və Monteneqro ilə qarşılaşan Faiq Qarayevin yetirmələri hər iki oyunda rəqiblərinə set vermədən qalib gəlmişdi.

 

İspaniya qarşısında bir setdə məğlub olsa da, digər hissələrdə rahat oyanayaraq ümumi hesabda qalib gəlməyi bacarıb.

 

Avropa Liqası

B qrupu

5 iyun

 

İspaniya – Azərbaycan - 1:3 (16:25, 25:23, 17:25, 16:25)

 

Qeyd edək ki, qrupdakı digər matçda Fransa ev sahibi Monteneqro ilə qarşılaşacaq.

 

 

1.

Azərbaycan

3

3

0

9:1

9

2.

Monteneqro

2

1

1

3:3

3

3.

İspaniya

3

1

2

4:8

2

4.

Fransa

2

0

2

2:6

1

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 623

Oxşar yazılar