Qaçqınların yığma komandası Olimpiya oyunlarında çıxış edəcək
29 yanvar 2016 05:02 (UTC +04:00)

Qaçqınların yığma komandası Olimpiya oyunlarında çıxış edəcək

Bakı-APA. Rio de Janeyroda 2016-cı ildə keçiriləcək yay Olimpiya oyunlarında qaçqınların yığma komandası çıxış edəcək. APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax bildirib. 

 

“Beynəlxalq Olimpiya Komitəsi təcrübəli idmançı olan qaçqınları Rio de Janeyroda keçiriləcək yay Olimpiya  oyunlarında iştirak etməyə dəvət edib”, deyə BOK prezidenti Tomas Bax bildirib.

 

Məlumata görə, BOK büdcəsi 2 mln dollar təşkil edən qaçqınlara yardım fondu təsis edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Oxşar yazılar