PSJ yenə uduzub
Fransa Liqa1-də XXVIII turdan təxirə salınan oyun keçirilib.
ONA-nın məlumatına görə, günün yeganə matçında “Nant” PSJ-ni qəbul edib.
Çempionluğun bir addımlığında olan Paris təmsilçisi ardıcıl 2-ci dəfə uduzub. Üç matçdır qələbəyə həsrət olan yarışın lideri səfərdə 2:3 hesabı ilə məğlub olub. Dani Alves həm öz, həm rəqib qapısına qol vurmaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, növbəti turun oyunları aprelin 19-21-də keçiriləcək.
Fransa Liqa1
XXVIII turdan təxirə salınan oyun
17 aprel
“Nant” – PSJ – 3:2
Karlos, 22, Varis, 44, Alves, 52 (avtoqol) – Alves, 19, Guclu, 89
851