Prezident İlham Əliyev sentyabrın 4-də Masallı rayonunda yeni inşa olunan Regional Taekvondo Mərkəzinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, ərazisi 5613 kvadratmetr olan idman mərkəzinin tikintisinə 2012-ci ildə başlanılıb. İnşaat işləri yüksək səviyyədə aparılıb.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda, prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi qayğıdan bəhs edən fotoguşələr yaradılıb.
Sonra dövlət başçısı taekvondo zalı və mərkəzin ərazisi ilə tanış olub.
Səfər çərçivəsində prezident İlham Əliyev həmçinin Masallı Regional Boks Mərkəzinin açılışında iştirak edib.