Prezident İlham Əliyev qızıl medal qazanmış taekvondoçumuzu təbrik edib
18 iyun 2015 00:28 (UTC +04:00)

Prezident İlham Əliyev qızıl medal qazanmış taekvondoçumuzu təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev “Bakı 2015” Avropa Oyunlarında qızıl medal qazanmış taekvondoçu Ayxan Tağızadəni təbrik edib.

 

Apasport.az saytının xəbərinə görə,  A. Tağızadənin qələbəsindən dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev idmançımızla telefonla danışaraq onu qələbəsi münasibətilə təbrik edib.

 

Prezident Ayxan Tağızadəyə gələcək yarışlarda uğurlar arzulayıb.

 

A. Tağızadə bu qələbəni Azərbaycan xalqına və prezidentinə həsr etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108
avatar

Oxşar yazılar