PFL prezidentindən ŞOK ZARAFAT: “1 milyon ver, kuboku apar”
26 sentyabr 2013 10:48 (UTC +04:00)

PFL prezidentindən ŞOK ZARAFAT: “1 milyon ver, kuboku apar”

Azərbaycanın futbol üzrə çempionluq kuboku üçün Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevə pul təklif olunub. Lent.az-ın məlumatına görə, bu barədə Musayevin özü jurnalistlərə açıqlama verib.

 

“Klub rəhbərləri gəlir deyir ki, bu kuboka nə qədər verək. Deyirəm ki, 1 milyon ver. Bu klub rəhbərindən nə gözləyəsən?” deyə PFL prezidenti bildirib.

 

O, hakimliklə bağlı narazılıqlara da toxunub. Musayevin sözlərinə görə, səhvə yol verən hakim cəzalandırılır: “Klublardan şikayət gəlsə də, gəlməsə də, görüntülərin hər biri izlənir. Hakim səhvi varsa, cəzalanır. Bizdə adət-ənənəyə çevrilib: Uduzan komanda bütün günahı hakimlikdə görür. Son saniyələrdə məğlubiyyətdən xilas olan komanda da “Hakim bizim 3 xalımızı aldı” deyir. Elə hakim yoxdur ki, səhvinə görə cəzalanmasın. Çalışırıq ki, qərəz olmasın. “Hamı deyir ki, alıb-satdılar. Kimi alıb-satdıqları məlum deyil. Hazırda Premyer Liqanı idarə edə biləcək 8 referi var. Onların hamısına derbi həvalə etmək olmaz. Əcnəbi hakimi o zaman dəvət edərik ki, yerli baş hakimlərin yarısı cəzalandırılsın. Hakimləri hamı tənqid edir. Amma klub rəhbərlərini də tənqid etmək lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1276
avatar

Oxşar yazılar