Azərbaycan kubokunda final görüşünün keçiriləcəyi məkan rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, gözlənildiyi kimi həlledici oyun Naxçıvanda baş tutacaq.
Bu barədə Peşəkar Futbol Liqası açıqlama verib.
Bildirilib ki, “Qəbələ” ilə “Qarabağ” arasındakı oyun mayın 5-də Naxçıvanda keçiriləcək.