“Bayer”in müdafiəçisi Ömər Toprak “Mançester Yunayted”in diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, bu barədə məşhur “Kicker” nəşri xəbər yayıb.
Bildirilir ki, bu mövsüm istədiyi kimi çıxış edə bilməyən “manukunianlar” heyəti yenidən formalaşdırmağa çalışır. İlk hədəflərdən biri də türk futbolçudu.
Alman həmkarlarımızın iddiasına görə isə Ömərlə “Bavariya” da maraqlanır. Müdafiəçinin hansı kluba keçəcəyi isə yayda bəlli olacaq.
Qeyd edək ki, Türkiyə milli komandasının da formasını geyinən 27 yaşlı oyunçunun hazırkı klubu ilə 2018-ci ilə kimi müqaviləsi var.