Olimpiya oyunlarına biletlərin yarısı satılıb
03 mart 2016 07:37 (UTC +04:00)

Olimpiya oyunlarına biletlərin yarısı satılıb

Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarının təşkilatçıları biletlərin yarısının  satıldığını bildiriblər. APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Olimpiya oyunları-2016-nın kommunikasiya üzrə direktoru Mario Andrada bildirib.

 

“Açılış mərasiminə və digər böyük maraq doğuran tədbirlərə biletlər artıq satılıb”, - deyə Andrada bildirərək, bilet satışından əldə olunan gəlir 194 mln dollara çatıb.  

 

Qeyd edək ki,  Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarına, ümumilikdə, 7,5 mln bilet buraxılıb.  

 

Qeyd edək ki, Olimpiya oyunları avqustun 5-dən 21-dək keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186

Oxşar yazılar