Olimpiya məşəli Valentina Tereşkovaya verildi
08 iyul 2013 18:21 (UTC +04:00)

Olimpiya məşəli Valentina Tereşkovaya verildi

Dünyanın ilk qadın kosmonavtı Valentina Tereşkova 2014-cü il Soçi Qış Oyunlarının olimpiya məşəlini daşıyacaq. Lent.az-ın məlumatına görə, olimpiadanın Təşkilat Komitəsinin müəyyənləşdirdiyi məşəl aparanlar siyahısında hazırda 76 yaşında olan Tereşkova da var.

 

Estafet bu il oktyabrın 7-də Moskvada start götürəcək. Yürüşdə 14 min nəfər məşəl daşıyacaq. Tereşkovadan əlavə, idman gimnastikası üzrə 4 qat olimpiya çempionu Aleksey Nemov, 2012-ci il London Yay Paralimpiya Oyunlarında bürünc medal qazanmış akademik avarçəkən Aleksey Çuvaşev və Rusiya millisinin keçmiş hokkeyçisi Andrey Kovalenko da var. İştirakçılarından ən gənci 14 yaşlıdır və Kalmıkiyanı təmsil edir. Ən yaşlısı isə Volqoqrad vilayətindən 93 yaşlı kişidir.

 

Qeyd edək ki, olimpiya məşəli 2900 yaşayış məntəqəsindən keçəcək və ümumilikdə 65 min km məsafə qət edəcək. Estafet 2014-cü il fevralın 7-də - Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimində yekunlaşacaq.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 700
avatar

Oxşar yazılar