Neymarın “Barselona”ya qayıdışı baş tutmadı
0
0
“Barselona” və PSJ Braziliya millisinin hücumçusu Neymarın transferi ilə bağlı razılıəa gələ bilməyib.
Lent.az xarici KİV-ə istnadla bildirir ki, hücumçu artıq vəziyyətdən xəbərdardır və bu haqda Kataloniya klubunun oyunçularını da məlumatlandırıb.
O qeyd edib ki, onun “Kamp Nou”ya qayıdışı bu yay baş tutmayacaq.
Bundan əvvəl xəbər verilirdi ki, Fransa çempionu əgər gedişi üçün 215 milyon avro ödənilərsə, oyunçunu buraxmağa hazırdır. “Barselona” öz növbəsində 125 milyon avro təklif etməklə sövdələşməyə iki oyunçunu da daxil etmək istəyirdi. PSJ bu varianta razılaşmayıb.
0
0